Krakovda polis Rusiya vətəndaşını saxlayıb. O, Polşa şirkətlərinin İT sistemlərinə haker hücumunda şübhəli bilinir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Polşa daxili işlər naziri Marçin Kervinskinin sosial mediada verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, Krakovda polis Polşa şirkətlərinin İT sistemlərinə icazəsiz müdaxilə ilə bağlı ağır cinayətlərdə şübhəli bilinən Rusiya vətəndaşını saxlayıb.
"O, verilənlər bazalarına daxil olmaq üçün onların təhlükəsizliyini pozub. O, həbs edilib", - məlumatda deyilir.
QAZİLER.AZ



