Şimali Koreya məktəblərində rus dili artıq məcburi fənn kimi tədris olunur

Şimali Koreya məktəblərində rus dili artıq məcburi fənn kimi tədris olunur backend

Rus dili Şimali Koreya məktəblərində dördüncü sinifdən başlayaraq məcburi dilə çevrilib.

Qaziler.az izvestiya-ya istinadən bildirir ki, bu barədə 27 noyabrda Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin rəhbəri və Rusiya ilə KXDR arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Aleksandr Kozlov bildirib.

"Bilirəm ki, rus dili Şimali Koreya məktəblərində dördüncü sinifdən başlayaraq məcburi olub. Hazırda Rusiyada 3000-dən çox məktəbli Koreya dilini öyrənir", -TASS onun sözlərinə istinadən yazıb.

O, həmçinin qeyd edib ki, Rusiya 2026-cı ildə KXDR-dəki Kim Çxol Çju adına Pedaqoji Universitetdə Rus Dilində Açıq Təhsil Mərkəzinin açılmasını gözləyir. Gazeta.Ru xəbər verir.

QAZİLER.AZ