ABŞ hüquq-mühafizə orqanları Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinin güllələnməsi ilə bağlı şübhəlinin kimliyini müəyyən edib.
APA xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, şübhəli, 2021-ci ildə ABŞ-a daxil olan 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Laqanvaldır. Şübhəlinin saxlanıldığı və yaralandığı bildirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hadisəylə bağlı açıqlama verərək hücumu terror aktı adlandırıb.
"Nifrət və terror aktı. Bütün millətimizə və bütün insanlığa qarşı cinayət", - Tramp bildirib.



