ABŞ-nin Milli Parklar Xidməti əcnəbi ziyarətçilərdən ölkənin ən məşhur parklarından bəzilərinə daxil olmaq üçün əlavə 100 dollar tələb edəcəyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
ABŞ Daxili İşlər Nazirliyinin məlumatına görə, rüsum dəyişikliyi Böyük Kanyon, Yellouston və Yosemiti də daxil olmaqla 11 milli parka təsir edəcək.
Nazirliyin məlumatına görə, dəyişikliklər 1 yanvar tarixindən qüvvəyə minəcək.
Əcnəbi ziyarətçilər üçün illik park biletinin qiyməti 250 dollara qədər artacaq, ABŞ sakinləri üçün isə 80 dollar olaraq qalacaq.
QAZİLER.AZ



