2020-ci il seçkilərinə müdaxilə ilə bağlı Trampa qarşı qaldırılan iş rədd edildi

2020-ci il seçkilərinə müdaxilə ilə bağlı Trampa qarşı qaldırılan iş  rədd edildi backend

Corciya ştatının Baş Prokurorluğu ABŞ Prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı işi rədd etmək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” rayon prokuroru vəzifəsini icra edən Piter Skandalakis tərəfindən təqdim edilən vəsatətə istinadən məlumat yayıb.

"Rayon prokuroru vəzifəsini icra edən Peter Skandalakis tərəfindən təmsil olunan dövlət, işin materiallarına hərtərəfli baxış keçirdikdən, tətbiq olunan qanunvericilik və məhkəmə təcrübəsini nəzərə aldıqdan və işin münsiflər heyəti qarşısında baxılmasından əvvəl aşağıdakı səbəbdən “nolle prosequi” (işin ləğvi – red.) tələb edir: ədalət maraqlarını qorumaq və məhkəmə qərarının qətiliyini təmin etmək üçün”, - deyə sənəddə qeyd olunub.

2023-cü ilin avqust ayında Donald Tramp və onun 18 nəfər köməkçisi Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd ittihamı ilə ittiham olunublar. Onlar əvvəlcə ştat rəsmilərinə qələbə üçün lazım olan səsləri əldə etmək üçün təzyiq göstərməkdə və alternativ seçici siyahısını formalaşdırmaq cəhdində ittiham olunublar. Lakin sonradan bəzi ittihamlar ləğv edilib.

QAZİLER.AZ