Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo ordu tərəfindən devrildiyini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu haqda o, “France 24” televiziyasına verdiyi açıqlamada bildirib.
"Mən devrildim", - deyə o bildirib.
Qvineya-Bisauda dövlət çevrilişi həyata keçirən ordu bütün sərhədlərin bağlandığını elan edib.
Ordu "ölkəyə tam nəzarəti" öz üzərinə götürdüyünü elan edib. Ordu həmçinin seçki prosesini dayandırıb və ölkənin sərhədlərini bağlayıb.
Qeyd edək ki, Qvineya-Bisaunun hazırkı lideri Umaro Sissoko Embalo dövlət çevrilişi nəticəsində prezident sarayındakı ofisində həbs olunduğunu elan edib. O, hadisə zamanı ona qarşı heç bir zorakılıq tətbiq olunmadığını vurğulayıb.
QAZİLER.AZ



