Litva amerikalı hərbçilərin ölkədə saxlanılması xərclərini özü ödəyəcək

Litva amerikalı hərbçilərin ölkədə saxlanılması xərclərini  özü ödəyəcək backend

Litva ABŞ hərbi kontingentinin ölkədə olması ilə bağlı bütün xərcləri ödəmək məsuliyyətini öz üzərinə götürməyə hazırdır.

Qaziler.az “Sputnik Litva”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas bildirib.

"Bu gün Litva qətiyyətli bir addım atır. Biz dəstək paketini genişləndirmək və ABŞ qoşunlarının ölkəmizdə saxlanması ilə bağlı bütün xərcləri ödəmək qərarına gəldik", - deyə nazir bildirib.

O qeyd edib ki, bu, ilk növbədə infrastruktur xərcləri, kommunal xidmətlər, yemək, camaşırxana və ölkə daxilində nəqliyyatla bağlıdır.

Kaunasın sözlərinə görə, Vilnüsün bu qərarı respublikanın ABŞ-nin "nümunəvi müttəfiqi" olduğunu göstərir.

QAZİLER.AZ