Polşa Avropanın eyni cinsli nikahları tanımaq qərarına qarşı çıxır

Polşa Avropanın eyni cinsli nikahları tanımaq qərarına qarşı çıxır backend

"Polşa Avropa Ədalət Məhkəməsinin qərarı ilə eyni cinsli nikahları tanımağa məcbur edilə bilməz".

Qaziler.az xəbər verir ki, “Gazeta Prawna”nın məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk kabinetin iclasından əvvəl bildirib. O, ölkənin xarici işlər naziri Radoslav Sikorskiyə analitik hesabat hazırlamağı tapşırıb. Bu hesabatda Aİ məhkəməsinin qərarından sonra Polşa üçün potensial nəticələr qiymətləndirilməlidir.

“Hamınızı əmin etmək istəyirəm: Avropa İttifaqı bizi bu məsələdə hər hansı bir şey etməyə məcbur etmək iqtidarında deyil. Hamınızı əmin edirəm ki, bu, Avropa Ədalət Məhkəməsinin qərarı və onun təfsiri ilə bağlı qarşılaşdığımız ilk çətinlik deyil. Biz öz qanunvericiliyimiz üzərində işləyirik və bu qanunvericilik polyakların əksəriyyətinin və parlament çoxluğunun qərarı ilə tənzimlənəcək", - deyə siyasətçi bildirib.

QAZİLER.AZ