Özəl Çin şirkəti olan “Lingkong Tianxing Technology” dünyada 1300 kilometrə qədər mənzilə malik “YKJ-1000” hipersəs raketini kütləvi istehsal edən ilk şirkət olub.
Qaziler.az xəbər verir ki, bu haqda “South China Morning Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, şirkət istehsal xərclərini əhəmiyyətli dərəcədə azaltmağı bacarıb.
Tərtibatçının sözlərinə görə, raket 5-7 Max (6000-8000 km/saat) sürətlə 500-1300 kilometr məsafə qət edə bilir. Buraxılış qurğusu standart yük konteyneri kimi dizayn edilib və dəniz gəmiləri də daxil olmaqla mobil platformalarda quraşdırıla bilər.
Şirkət nümayəndəsi qeyd edib ki, “Lingkong Tianxing Technology” tam müstəqil texnoloji dövr yaradıb. Buraya aerodinamika, idarəetmə sistemləri, istilik mühafizəsi və hərəkət sistemləri sahəsindəki inkişaflar daxildir. Şirkət həmçinin məhsullarının milli müdafiə sənayesi standartlarına uyğunluğunu təsdiqləyən lazımi sertifikatlar alıb.
QAZİLER.AZ



