Ukraynadakı sülh prosesini pozmağa çalışırlar - Peskov

Ukraynadakı sülh prosesini pozmağa çalışırlar - Peskov backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, müxtəlif ölkələrdən xeyli sayda şəxs Ukraynadakı sülh prosesini pozmağa çalışır.

Qaziler.az bu barədə “News.ru”ya istinadla xəbər verir.

Kremlin sözçüsü həmçinin qeyd edib ki, Moskva ilə Kiyev arasında razılaşmanın yaxınlaşması ilə bağlı verilən açıqlamalar vaxtından əvvəldir.

“ABŞ də daxil olmaqla, müxtəlif ölkələrdə sülhə doğru bu səyləri pozmağa çalışan çox sayda insanın olacağı şübhəsizdir. Belə insanlar çox olacaq”, - Putinin mətbuat katibi bildirib.

QAZİLER.AZ