Honq Konqda bir neçə hündürmərtəbəli yaşayış binasında yanğın baş verib və hadisə şahidləri bununla bağlı video yayımlayıblar.
Qaziler.az bildirir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Honq Konqda 4000 nəfərin yaşadığı kompleksdə bir neçə yaşayış binası alovlanıb.
"Çərşənbə günü "Wang Fuk Courty" aşayış kompleksində baş verən yanğının baş verdiyi ərazinin üzərindən nəhəng tünd tüstü qalxıb və alov tez bir zamanda ən azı dörd binaya, daha sonra isə bütün kvartala yayılıb", - nəşr bildirib.
Hazırda yanğında bir xilasetmə işçisi də daxil olmaqla, on iki nəfərin öldüyü təsdiqlənib. Bildirilir ki, alovun yayılmasına bambuqdan hazırlanmış tikinti materialı səbəb ola bilər.
QAZİLER.AZ



