Avropa Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinə razılıq verməlidir, çünki bu, Avropanın maraqlarına və suverenliyinə təsir göstərir.
Qaziler.az xəbər verir ki, “The Telegraph” qəzeti bu barədə Almaniya kansleri Fridrix Mertsin bildirdiyini yazıb.
"Biz Ukraynanı dəstəkləməyə davam edirik: biz sürətli atəşkəs, Ukrayna üçün ədalətli və davamlı sülh və Avropa üçün təhlükəsizlik üçün çalışırıq", - o, qeyd edib.
Mertsin sözlərinə görə, "Avropanın maraqlarına və suverenliyinə təsir edən istənilən plan" onun razılığını tələb edir.
Almaniya kanslerinin bu açıqlaması Ağ Evin sülh müqaviləsinin demək olar ki, bağlandığını elan etməsindən sonra verilib.
QAZİLER.AZ



