Böyük Britaniya hələ də Ukraynaya qoşun yerləşdirməyi planlaşdırır

Böyük Britaniya hələ də Ukraynaya qoşun yerləşdirməyi planlaşdırır backend

Böyük Britaniya, ölkədəki  hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya qoşun yerləşdirməyə hazırdır.

Qaziler.az bildirir ki, bu barədə "The Guardian" qəzeti Böyük Britaniya Baş naziri Kir Starmerin sözçüsünün açıqlamasına istinadən məlumat yayıb.

Starmerin sözçüsü Britaniyanın hələ də əraziyə qoşun göndərməyə hazır olub-olmadığı barədə suala cavab verib.

"Əgər məndən birbaşa olaraq hərbi əməliyyatlar dayandırılarsa, Böyük Britaniyanın hələ də qoşunlarını əraziyə yerləşdirməyə hazır olub-olmadığını soruşursunuzsa, cavab - BƏLİ. Hazırkı mövqeyimiz budur", - deyə o bildirib.

Nəşr həmçinin bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı Baş nazir genişmiqyaslı Rusiya hücumları ilə bağlı Ukrayna xalqına başsağlığı verib və gündəlik təcavüz qarşısında ukraynalıların cəsarət və dözümlülüyünü qeyd edib.

QAZİLER.AZ