ABŞ-da 22 yaşlı müğənni güllələnib

ABŞ-da 22 yaşlı müğənni  güllələnib backend

Los-Ancelesdə müğənni Delarosa avtomobilində güllələib.

Qaziler.az-ın məlumatına görə, People xəbər verir ki, səhnə adı Delarosa ilə tanınan 22 yaşlı müğənni Maria De La Roza Los-Ancelesdəki dayanacaqda güllələnib. Müğənni 22 noyabr gecəsi öldürülüb.

Nəşrin məlumatına görə, iki kişi müğənninin dayanacaqda olan avtomobilinə yaxınlaşaraq atəş açıb. Maşında Mariadan başqa daha iki nəfər olub. Hücum edənlər daha sonra hadisə yerindən qaçıblar.

Güllə yarası alan müğənni xəstəxanaya yerləşdirilib, lakin tibb müəssisəsində ölüb. Digər iki zərərçəkən də xəstəxanaya aparılıb və onların vəziyyəti ağırdır.

Polis cinayətkarları axtarır. Hücumun səbəbi hələ də məlum deyil.

QAZİLER.AZ