ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Ukraynadakı silahlı münaqişənin həlli üçün sülh planını müzakirə etmək məqsədilə BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək Rusiya-Amerika görüşündə iştirak etməyəcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, boyabrın 23-də İsveçrənin Cenevrə şəhərində Ukrayna nümayəndə heyəti ilə danışıqlarda iştirak edən Uitkoff və Rubio ABŞ və Rusiya nümayəndələri arasında ehtimal olunan danışıqlar zamanı Birləşmiş Ərəb Əmirliklərində olmayıblar.
Qeyd edək ki, noyabrın 25-də ABŞ prezidenti Donald Tramp tərəfindən təklif edilən sülh planının yekunlaşdırılması üçün Əbu-Dabidə Rusiya və Amerika tərəfləri arasında məsləhətləşmələr keçiriləcək.
QAZİLER.AZ



