ABŞ prezidenti Donald Trampın təklif etdiyi Ukraynadakı münaqişənin həlli planına görə Avropa artıq ABŞ-ni müttəfiq hesab edə bilməz.
Qaziler.az xəbər verir ki, bu barədə Aİ-nin keçmiş xarici işlər naziri Cozef Borrell sosial media səhifəsində bildirib.
Diplomat qeyd edib ki, ABŞ hətta öz təhlükəsizliyinə təsir edən məsələlərdə Avropa ilə məsləhətləşmələr aparmır.
Borrellin sözlərinə görə, Avropa İttifaqı ABŞ siyasətindəki dəyişiklikləri qəbul etməli və "müvafiq şəkildə cavab verməlidir". AB diplomatiyasının keçmiş rəhbəri hesab edir ki, Trampa qarşı "təmizləmə siyasəti" uğursuz olub.
QAZİLER.AZ



