İsveç 366 milyon dollarlıq silahlar alır

İsveç 366 milyon dollarlıq silahlar alır backend

İsveç 366 milyon dollarlıq hava hücumundan müdafiə kompleksləri almağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson “Dagens Nyheter” tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“Bu gün hava hücumundan müdafiə qüvvələrimizin modernləşdirilməsində növbəti addımı atdığımızı elan edə bilərik. Söhbət 3,5 milyard [İsveç kronu] (təxminən 366 milyon dollar) investisiyasından gedir”, - deyə müdafiə naziri bildirib.

Yonson əlavə edib ki, modernləşdirmənin bir hissəsi olaraq İsveç Silahlı Qüvvələri “Iris-T” raket sistemləri, 16 buraxılış qurğusu və səkkiz radar sistemi alacaq.

QAZİLER.AZ