Finlandiya Rusiya ilə arasına hasar tikib

Finlandiya Rusiya ilə arasına hasar tikib backend

Finlandiya Rusiya sərhədindən bir metr aralıda hasar tikir və hər 20 metrdən bir kamera quraşdırır. 

Qaziler.az xəbər verir ki, bu barədə “Yle” Finlandiya Sərhəd Mühafizəsinə istinadən məlumat verib.

Nəşr bildirib ki, tikili Rusiya sərhədindən təxminən bir metr aralıda tikilir. Hündürlüyü təxminən 4,5 metrdir. Hasarda hər 20 metrdən bir videomüşahidə kameraları quraşdırılır ki, bu da şərq sərhədinin davamlı olaraq müşahidə olunmasına imkan verəcək. Mütəxəssislər tikintinin demək olar ki, başa çatdığını bildiriblər.

"Mərasim dekabrın 9-da Sallada keçiriləcək və bundan sonra kiçik təmir işləri aparıla bilər", - deyə nəşr bildirib.

Hasarın 2026-cı ilin yayında daimi istifadəyə verilməsi planlaşdırılır.

QAZİLER.AZ