Sülh planı Ukraynanın kapitulyasiyası olmamalıdır - Makron

Sülh planı Ukraynanın kapitulyasiyası olmamalıdır - Makron backend

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Moskva ilə Kiyev arasındakı münaqişənin həlli üçün hər hansı bir sülh planı Ukraynanın təslim olması kimi görünməməlidir.

Qaziler.az xəbər verir ki, onun sözlərini “Le Figaro” sitat gətirib.

O bildirib ki, Avropa sülh istəyir, "amma faktiki olaraq Ukraynanı təslim edəcək bir sülh yox".

Makron həmçinin vurğulayıb ki, yalnız Ukrayna və Avropa onlara birbaşa təsir edən məsələlərlə bağlı qərarlar qəbul etməlidir.

"Hansı ərazi güzəştlərinə getməyə hazır olduqları barədə heç kim ukraynalıların yerinə danışa bilməz", - deyə o bildirib.

QAZİLER.AZ