Kallas Rusiyanın G8-ə qayıtmasını qəbuledilməz sayıb

Kallas Rusiyanın G8-ə qayıtmasını qəbuledilməz sayıb backend

Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, yekun sülh planı Rusiyanın yenidən işğalını qeyri-mümkün etməlidir.

Qaziler.az xəbər verir ki, bu barədə o, “BBC Radio 4”ün “Today” proqramında danışıb.

"Bunun birdəfəlik bitməsini istəyiriksə, Rusiya tərəfindən güzəştlərə ehtiyacımız var. Başqa bir ölkəyə sadəcə hücum etmək və heç bir məsuliyyət daşımamaq olmaz", - Kallas vurğulayıb.

Diplomatın sözlərinə görə, belə bir yanaşma Rusiyanın beynəlxalq müqavilələrə əməl etməsini və silahlı qüvvələrinin sayını azaltmasını tələb edəcək.

Rusiyanın G8-ə qayıtması ilə bağlı Kallas bunun "qətiyyən qəbuledilməz" olduğunu bildirib.

"Biz adi iş rejiminə qayıda bilmərik... bunu necə təsəvvür edə bilərsiniz?" – Kallas qeyd edib.

QAZİLER.AZ