Serbiyanın yeganə neft emalı zavodu 4 günə bağlanır

Serbiyanın yeganə neft emalı zavodu 4 günə bağlanır backend

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkənin yeganə neft emalı zavodu olan Serbiyanın Neft Sənayesi zavodunun bağlanması səhiyyə, elektrik təchizatı və təhlükəsizliklə bağlı problemlər yaradır.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Vuçiçin sözlərinə görə, neft emalı zavodunun bağlanmasına dörd gün qalıb.

"Səhiyyə sisteminin, əsasən təcili tibbi yardım xidmətlərinin fəaliyyəti təhlükə altında olacaq. Daha sonra Serbiyadakı bütün pərakəndə satış şəbəkələrinin fəaliyyəti təhlükə altında olacaq. Elektrik enerjisi də daxil olmaqla, bütün əsas resursların istehsalı təhlükə altındadır ki, bu da biznes, ev təsərrüfatları və hər bir vətəndaş üçün gözlənilməz nəticələrə səbəb ola bilər", - Vuçiç paylaşıb.

QAZİLER.AZ