Lavrov ABŞ-nin Ukrayna ilə bağlı səylərini yüksək qiymətləndirdi - VİDEO

Lavrov ABŞ-nin Ukrayna ilə bağlı səylərini yüksək qiymətləndirdi - VİDEO backend

Rusiya Federasiyası ABŞ-nin Ukraynadakı silahlı münaqişənin nizamlanmasına nail olmaq səylərini yüksək qiymətləndirir.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus xarici işlər naziri Maksim Rıjenkovla keçirdiyi mətbuat konfransında bildirib.

Diplomatın sözlərinə görə, ABŞ Qərbdə Böyük Britaniya, Belçika, Fransa və Almaniyadan fərqli olaraq Ukrayna böhranına həll yolu tapmaq üçün təşəbbüs göstərən yeganə ölkədir.

Lavrov həmçinin bildirib ki, Fransa və Almaniyanın Ukraynadakı münaqişədə hər hansı vasitəçiliyi mümkün deyil.

QAZİLER.AZ