Tramp Si Cinpinlə danışıqların təfərrüatlarını açıqladı

Tramp Si Cinpinlə danışıqların təfərrüatlarını açıqladı backend

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə Ukrayna münaqişəsi də daxil olmaqla müxtəlif mövzuları müzakirə etdiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri “TruthSocial” sosial media platformasında paylaşım edib.

"Çin prezidenti Si Cinpinlə çox yaxşı telefon danışığım oldu. Ukrayna, Rusiya, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları da daxil olmaqla müxtəlif mövzuları müzakirə etdik", - deyə Ağ Ev lideri yazıb.

Siyasətçi həmçinin Çin liderinin aprel ayında onu Pekinə səfərə dəvət etdiyini bildirib. Ağ Evin məlumatına görə, Tramp dəvəti qəbul edib.

Qeyd edək ki, noyabrın 24-də Çin və ABŞ liderləri arasında telefon danışığı olub.

QAZİLER.AZ