Çin Prezidenti Si Cinpin telefon danışığı zamanı aprel ayında Trampı Pekinə səfərə dəvət edib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media platforması “TruthSocial”da bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, dəvəti qəbul edib.
"Və bu cavabınmüqabilində o (Si Cinpin) bu ilin sonunda ABŞ-yə dövlət səfərində mənim qonağım olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 24-də Çin və ABŞ liderləri arasında telefon danışığı olub.
QAZİLER.AZ



