Türkiyə ilə Cənubi Koreya birgə atom elektrik stansiyası (AES) inşa edə bilər.
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada cənubi koreyalı həmkarı Li Çje Menlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə atom elektrik enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb:
"Atom elektrik stansiyasının tikintisi ilə bağlı aidiyyəti qurumlar arasında müzakirələr aparılır. Bu baxımdan, Koreya Elektrik Şirkəti ilə Türkiyənin Nüvə Enerjisi Korporasiyası arasında imzalanmış anlaşma memorandumunu mühüm addım hesab edirəm".



