ABŞ-yə məxsus “MQ-9 Reaper” pilotsuz təyyarəsi Cənubi Koreyanın qərb sahillərində, Günsan hava bazası yaxınlığında dənizdə qəzaya uğrayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Renhap” xəbər agentliyi məlumat yayıb.
Pilotsuz təyyarə yerli vaxtla səhər saat 4:35 radələrində (Bakı vaxtı ilə 23 noyabr, saat 23:35) Maldori adası yaxınlığında missiya yerinə yetirərkən qəzaya uğrayıb.
Agentliyin məlumatında qeyd olunub ki, sakinlərə və ya əmlaka dəyən ziyan barədə heç bir məlumat yoxdur və araşdırma davam edir.
Qeyd olunur ki, sentyabr ayında ABŞ Silahlı Qüvvələrinin Cənubi Koreyaya “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarından ibarət kəşfiyyat eskadrilyası göndərdiyi bildirilir. Bu tip dronlar da Cənubi Koreya yarımadasında rotasiya əsasında müşahidə olunub. Pilotsuz təyyarələrin Şimali Koreya haqqında kəşfiyyat məlumatları toplaya və Çinin Sarı dənizdəki hərəkətlərini izləyə biləcəyi düşünülürdü.
QAZİLER.AZ



