Kiyev və Vaşinqton arasında Cenevrədə dialoqun pozulması təhlükəsi var. Məlum olub ki, Cenevrə danışıqları gərgin keçib.
Qaziler.az xəbər verir ki, bunu “Financial Times” qəzeti Ukrayna XİN nazirinin birinci müavini Sergey Kıslıtsyaya istinadən yazır.
Nəşr vurğulayıb ki, danışıqlar müsbət nəticələnsə də, Kıslıtsya danışıqların əvvəldən uğursuzluq təhlükəsi ilə üzləşdiyini bildirib və Cenevrədəki əhval-ruhiyyəni "çox gərgin" adlandırıb.
“Jurnalistlər görüşün ilk saatlarında danışıqların uğurunun "bir ipdən asılı qaldığını" qeyd ediblər. Gərginliyi sakitləşdirmək üçün Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak və ABŞ dövlət katibi Marko Rubio arasında iki saatlıq danışıqlar aparılıb”, - KİV qeyd edib.
QAZİLER.AZ



