Rumıniya hökuməti 17 milyon müddəti bitmiş koronavirus peyvəndini məhv etmək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “G4Media” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu, pandemiyadan sonra peyvəndlərə ictimai marağın son dərəcə aşağı olması ilə əlaqədardır.
Nəşrin məlumatına görə, hazırda Rumıniyada COVID-19 peyvəndləri mövcud deyil. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, hazırda peyvənd istehsalçıları ilə qeydiyyat sertifikatlarının alınması və dərmanların aptek şəbəkələri vasitəsilə satışının təşkili üçün strategiya hazırlamaq məqsədilə danışıqlar aparılır.
QAZİLER.AZ



