ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun hökumətini xarici terror təşkilatının üzvü kimi tanıyıb.
Bu barədə CNN məlumat yayıb.
“Bu, rejimin aktivlərinə və logistikasına qarşı əlavə sanksiyalar tətbiq etməyə imkan verəcək. Vaşinqton hesab edir ki, artan təzyiq Maduronu istefaya sövq edəcək və ABŞ-yə regionda daha çox təsir rıçaqları verəcək”, - telekanalın məlumatında deyilir.
Qeyd edək ki, Maduro ABŞ və Avropaya qaçaqmalçılıqla məşğul olan Venesuela Silahlı Qüvvələri daxilindəki narkotik satıcıları şəbəkəsi olan “Günəş karteli” ilə əlaqələndirilir. Bundan əvvəl Tramp Venesuela rəsmilərini narkotik terrorizmi, korrupsiya və qaçaqmalçılıqda günahlandırıb.
Xatırladaq ki, ABŞ və Venesuela arasında münasibətlər sürətlə pisləşir.
APA



