İsveç Ukraynanın heç bir hissəsini "Rusiya ərazisi" kimi tanımayacağını bildirib

İsveç Ukraynanın heç bir hissəsini "Rusiya ərazisi" kimi tanımayacağını bildirib backend

İsveç Rusiyanın Krımı və ya Ukraynanın müvəqqəti işğal olunmuş hər hansı digər bölgəsini ilhaq etməsini heç vaxt tanımayacaq.

Qaziler.az xəbər verir ki, "The Guardian" qəzetinin verdiyi məlumata görə, bunu İsveçin xarici işlər naziri Maria Malmer Ştenerqard bunu bildirib.

"Açıq şəkildə bildirim ki, İsveç Rusiyanın Krımı və ya Ukrayna ərazisinin hər hansı digər hissəsini qanunsuz ilhaq etməsini tanımır. Biz təcavüzü mükafatlandırmayacağıq", - Ştenerqard bildirib.

Xarici işlər naziri həmçinin vurğulayıb ki, Ukrayna dəfələrlə tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağa və sülh yolu ilə danışıqlar aparmağa hazır olduğunu bildirib, lakin Rusiya bunu etməyib.

QAZİLER.AZ