ABBA qrupunun musiqiçisi İan Klinq 85 yaşında vəfat edib.
ABBA musiqiçisi Yan Klinq 85 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə 24 noyabrda "Aftonbladet" qəzeti məlumat yayıb.
"Musiqiçi Yan Klinq vəfat edib. Yan Klinq 85 yaşında idi", - deyə qəzet bildirib.
Qəzetin məlumatına görə, onun oğlu Mattias Klinq bu məlumatı təsdiqləyib. Ölüm səbəbi açıqlanmayıb. Musiqiçinin oğlu həmçinin əlavə edib ki, atası həmişə musiqiyə həvəsli olub.
Klinq saksafon, fleyta və klarnet kimi alətlərdə ifa edib. Onun bəstələri qrupun bir çox albomlarında, o cümlədən "Arrival", "Voulez-vous", "Super Trouper" və "The Visitors" albomlarında yer alıb.
QAZİLER.AZ



