ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün sülh planı ilə bağlı dünən Cenevrədə keçirilən danışıqlardan sonra ilk açıqlamasını verib.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə o, "Truth Social"da paylaşım edib.
"Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyişin əldə edilməsi həqiqətən mümkündürmü? Görənə qədər buna inanmayın, amma yaxşı bir şey ola bilər", - ABŞ prezidenti sosial şəbəkədə yazıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün 28 maddəlik planı təsdiqləmişdi. Plan onun xüsusi nümayəndəsi Kit Kelloq, vitse-prezident C.D. Vens, senator Marko Rubio və digərlərinin iştirakı ilə hazırlanıb.
QAZİLER,AZ



