İsveçdə tələbələri daşıyan avtobusun iştirak etdiyi yol-nəqliyyat hadisəsində 56 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə yerli "Sweden Herald" qəzeti məlumat verib.
"Storuman və Vilhelmina arasında baş verən qəza nəticəsində 56 nəfər xəsarət alıb. 10 nəfər təcili yardım maşını ilə xəstəxanaya aparılıb", - məlumatda deyilir.
Xəbər verildiyi kimi, səkkiz yaralı hələ də xəstəxanalardadır, qalanları isə ambulator müalicələrini davam etdirəcəklər.
Qəzetin məlumatına görə, avtobusa 24 noyabrda yoxlama aparılacaq. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı araşdırma aparılır, lakin hələlik heç bir ittiham irəli sürülməyib. Qəza zamanı avtobusda bir neçə ölkədən tələbələr olub.
QAZİLER.AZ



