Hindistanın cənubunda iki avtobusun iştirakı ilə baş verən yol qəzasında azı altı nəfər ölüb

Hindistanın cənubunda iki avtobusun iştirakı ilə baş verən yol qəzasında azı altı nəfər ölüb backend

Hindistanın cənubundakı Tamilnad əyalətində iki sərnişin avtobusunun toqquşması nəticəsində altı nəfər ölüb, 28 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə NDTV noyabrın 24-də məlumat yayıb

İlkin məlumatlara görə, qəzaya sürücülərdən birinin həddindən artıq sürət və təhlükəli manevr etməsi səbəb olub. Yaralılar yerli xəstəxanalara aparılıb, bir neçəsinin vəziyyəti ağırdır.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və bu araşdırmaya müşahidə kamera görüntüləri və şahid ifadələri daxil olacaq.

QAZİLER.AZ