Rubio: Ukrayna üzrə tənzimləmədə Aİ və NATO-nun rolu hələ müzakirə olunmalıdır

Rubio: Ukrayna üzrə tənzimləmədə Aİ və NATO-nun rolu hələ müzakirə olunmalıdır backend

Ukrayna münaqişəsinin həlli prosesində Aİ və NATO-nun rolu hələlik tam müəyyənləşdirilməyib və bu məsələ əlavə müzakirə tələb edir.

 

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

 

“Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə təzəlikcə görüşmüşük. Bu məsələləri onlarla müzakirə etməliyik.”

 

Rubionun sözlərinə görə, Ukrayna üzrə danışıqlarda hələ yekunlaşdırılmalı bir neçə məsələ qalır.