Afrika daxildən parçalanır: Qitə ikiyə bölünəcək

Afrika daxildən parçalanır: Qitə ikiyə bölünəcək backend

Maqnit sahəsi məlumatları göstərir ki, Afrika qitəsi ikiyə parçalanır və gələcəkdə yeni bir okeanla bölünə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Alimlər həmçinin qitələrin dünya xəritəsindəki yerinin dəyişəcəyini bildirirlər.

Kiel Universitetindən bir qrup alim Afrika və Ərəbistan arasında başlayan geoloji bölünmənin dəlillərini aşkar edib.

Tədqiqatlar göstərir ki, bu bölünmə Afrikanı şimal-şərqdən cənuba doğru parçalayır və seysmik aktivliklə müşayiət olunur.

Xoşbəxtlikdən, bu proses çox vaxt aparacaq. Afrikanın 5-10 milyon il ərzində iki ayrı əraziyə parçalanması gözlənilir. Bu zaman Misir, Əlcəzair, Nigeriya, Qana və Namibiya kimi ölkələr bir, Somali, Keniya, Tanzaniya, Mozambik və Efiopiyanın əhəmiyyətli bir hissəsi isə digər tərəfdə qalacaq.