ABŞ Venesuelada gizli əməliyyatlara başlamağa hazırlaşır - KİV

ABŞ Venesuelada gizli əməliyyatlara başlamağa hazırlaşır - KİV backend

ABŞ yaxın günlərdə prezident Nikolas Maduro hökumətini devirmək məqsədi ilə gizli əməliyyatlar da daxil olmaqla, Venesuelaya qarşı yeni təzyiq mərhələsinə başlamağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə “Reuters“ ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın bu cür əməliyyatlara nə vaxt başlamaq qərarına gəldiyi və əməliyyatların miqyası barədə dəqiq məlumat yoxdur. Lakin əməliyyatların yaxın günlərdə başlaması gözlənilir.

Reuters“ onu da qeyd edir ki, ABŞ Venesuela hökumətinə təzyiqi artırmağa çalışır.