İspaniyanın şimalındakı Asturiya bölgəsindəki kömür mədəninin çökməsi nəticəsində ən azı üç işçinin torpaq altında qaldığı bildirilir.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Asturias Təcili Yardım Xidmətləri və Jandarma Xidmətləri İspaniya mətbuatına verdiyi açıqlamada, Cangas del Narcea bələdiyyəsinə bağlı Vega de Rengosdakı kömür mədənində çökmənin baş verdiyini və ən azı üç işçinin torpaq altda qaldığını açıqladı.
Səlahiyyətlilər, çökmənin yerli vaxtla saat 16:58-də (Türkiyə vaxtı ilə saat 19:58) mədənin ikinci qatında baş verdiyini deyib.
Hadisə yerinə xilasetmə qruplarının, tibb işçilərinin və iki çoxməqsədli helikopterin göndərildiyini bildirdilər.
QAZİLER.AZ



