Litva LUKOIL yüklərinin Kalininqrada daşınmasını dayandırdı

Litva LUKOIL yüklərinin Kalininqrada daşınmasını dayandırdı backend

“Litva Dəmir Yolları” şirkətinin baş direktoru Eqidiyus Lazauskasın sözlərinə görə, LUKOIL yüklərinin Kalininqrad vilayətinə tranzitinin dayandırıldığını elan edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, onun sözlərinə görə, dövlət müəssisəsi ABŞ və Böyük Britaniya tərəfindən tövsiyə edilən sanksiyalara qoşulub.

“ABŞ və Böyük Britaniya tərəfindən tövsiyə edilən sanksiyalara qoşulmaq biznes risklərinin idarə olunması istiqamətində ardıcıl bir addımdır və dəyərlərimizi əks etdirir”, - Lazauskas deyib.

“Litva Dəmir Yolları” oktyabr ayının sonunda Kalininqrad vilayətinə LUKOIL və “Rosneft” yüklərinin tranzitinin dayandırıldığını elan edib. Şirkət qeyd edib ki, Rusiya şirkətləri ilə birbaşa işləmir; onların məhsulları yük ekspeditorları vasitəsilə göndərilir.

QAZİLER.AZ