Hindistanın “Tejas” yüngül döyüş təyyarəsinin qəzaya uğraması səbəbindən uzun fasilədən sonra “Dubai Airshow -2025”də uçuş nümayişləri bərpa olunub.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Daha əvvəl Hindistana məxsus qırıcı təyyarənin qəzaya uğraması nəticəsində aviaşou iştirakçılarının təxliyə edildiyi bildirilmişdi. Hadisə yerində xilasetmə və yanğınsöndürənlər də var idi.
Qeyd edək ki, noyabrın 21-də Dubayda keçirilən hava şousu zamanı Hindistanın “Tejas” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı pilotun öldüyü açıqlanıb.
QAZİLER.AZ



