Ölkəyə qanunsuz daxil olan yük maşını sürücüsünün qəzadan sonra üzərində bir neçə sənəd aşkar edilib.
Qaziler.az uznews.uz-a istinadən bildirir ki, Özbəkistandan olan 29 yaşlı yük maşını sürücüsü yol qəzasından sonra Arizonada həbs edilib. Onun üzərində beş sürücülük vəsiqəsi olduğu aşkar edilib.
Sənədlərdən ikisi Nyu-Yorkda, üçü isə Ohayoda verilib.
Məlum olub ki, Özbəkistan vətəndaşı 2023-cü ilin aprelində ABŞ-a qanunsuz daxil olub. Bu ilin iyul ayında məhkəmə onun deportasiyası barədə qərar verib. Lakin o, bilərəkdən hakimin qərarını pozub və ölkədə qalıb.
O, əcnəbilərin giriş qaydalarını pozduğuna görə həbs edilib və deportasiya olunacaq.
QAZİLER.AZ



