Banqladeşdə 5,5 bal gücündə zəlzələ: Ölənlər var

Banqladeşdə 5,5 bal gücündə zəlzələ: Ölənlər var backend

Banqladeşin Narsinqdi bölgəsində baş verən 5,5 bal gücündə zəlzələ paytaxt Dəkkədə üç nəfərin ölümünə səbəb olub.

Qaziler.az bildirir ki, TRT-Haber xəbər verir.

Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Narsinqdidən təxminən 14 kilometr cənub-qərbdə olduğunu bildirib.

Açıqlamaya görə, 5,5 bal gücündə zəlzələ təxminən 10 kilometr dərinlikdə baş verib.

Banqladeş Meteorologiya Departamenti paytaxt Dəkkədən təxminən 25 kilometr məsafədə baş verən zəlzələnin maqnitudasını 5,7 olduğunu qeyd edib.

Banqladeşdə yerləşən "Dhaka Tribune" qəzetinin məlumatına görə, hakimiyyət orqanları binanın uçması zamanı üç nəfərin hasarının altında qalaraq öldüyünü bildirib.

Zəlzələnin bir çox ərazidə hiss olunduğu bildirilir.

QAZİLER.AZ