Pakistanda kimya zavodunda güclü partlayış: Azı 13 nəfər həlak olub

Pakistanda kimya zavodunda güclü partlayış: Azı 13 nəfər həlak olub backend

Pakistanın şərqindəki Pəncab əyalətində yerləşən Feysalabad şəhərindəki kimya zavodunda baş verən partlayış nəticəsində ən azı 13 nəfər həlak olub.

Qaziler.az bildirir ki, bu barədə "Samaa TV"nin 21 noyabrda verdiyi məlumatda deyilir.

"Faysalabadın Malikpur şəhərindəki kimya zavodu ərazisində baş verən faciəli partlayış nəticəsində üçü uşaq, ikisi qadın olmaqla 13 nəfər həlak olub", - məlumatda bildirilir.

Güclü partlayış nəticəsində yanğın baş verib. Yanğın isə binanın qismən uçmasına səbəb olub. Ölənlər arasında dörd uşaq və iki qadın da var. Dağıntılar altında qurbanların ola biləcəyi və buna görə də xilasetmə əməliyyatlarının davam etdiyi aydınlaşdırılır. Partlayış dalğası yaxınlıqdakı ən azı 10 yaşayış binasına ziyan vurub.

Hüquq-mühafizə orqanları hadisənin səbəbini müəyyən etmək üçün araşdırmaya başlayıb.

QAZİLER.AZ