Ukrayna ABŞ-nin "sülh planı"nın əsas bəndlərindən birini dəyişdirib - WSJ

Ukrayna ABŞ-nin "sülh planı"nın əsas bəndlərindən birini dəyişdirib - WSJ backend

Ukrayna ABŞ sülh planının əsas müddəalarından birinə əhəmiyyətli bir dəyişiklik edərək beynəlxalq yardımın yoxlanılmasını aradan qaldırıb.

Bu barədə RBC-Ukraine "The Wall Street Journal"a istinadən məlumat yayıb.

ABŞ-ın yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib ki, ehtimal ki, potensial korrupsiyanı müəyyən etmək üçün planın ilkin formulu Ukraynanın aldığı bütün beynəlxalq yardımların yoxlanılmasını nəzərdə tuturdu.

Lakin yeni versiyada artıq bu tələb yoxdur: yoxlama əvəzinə, bütün tərəflərin "müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv" alması təklif olunur.

Nəşrin məlumatına görə, Amerika rəsmiləri Kiyevlə digər şərtlərin də diqqətlə müzakirə ediləcəyini bildiriblər. Bundan əlavə, ABŞ prezidentinin mətbuat katibi Kerolin Livittin sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov danışıqlar zamanı "planın böyük hissəsini" artıq təsdiqləyib.

QAZİLER.AZ