Hindistanda çayda 3,5 metr uzunluğunda skat balığı tutulub.
Qaziler.az bildirir ki, Odisha Bytes-in məlumatına görə, Hindistanın Odişa əyalətindəki bir çayda nəhəng skat tutulub.
Adətən daha dərin dəniz suyunda tapılan balıq Devi çayında torlara ilişib. Onu sahilə çıxarmaq üçün 20 balıqçının iki saatlıq koordinasiyalı səyi lazım olub. Balığın uzunluğu 3,5 metrdən çox, çəkisi isə təxminən 300 kiloqram olub.
Balıqçılar ətin kiloqramının dəyərini 200 rupi olaraq qiymətləndiriblər və təxminən 60.000 rupi alacağını gözləyirdilər. Skat sonda Qərbi Benqaldan olan özəl bir alıcıya satılıb.
QAZİLER.AZ



