ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən hazırlanan plandan yaxşı xəbərdardır. Ukraynadakı müharibəyə son qoymaq üçün bir plan hazırlamaq Ağ Ev üçün prioritetə çevrilib.
Qaziler.az bildirir ki, bu barədə "Suspilne" məlumat yayıb.
Ağ Evdəki mənbə nəşrə bildirib ki, Tramp administrasiyası son bir aydır ki, Ukraynadakı müharibəyə son qoymaq üçün ətraflı plan üzərində işləyir. Bunu administrasiyanın sözçüsü Kerolin Livitt təsdiqləyib.
“Prezident Tramp ilk gündən Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsini istədiyini açıq şəkildə bildirib.O, hər iki tərəfin sülh müqaviləsi öhdəliyindən imtina etməsindən məyusdur", - deyə o bildirib.
QAZİLER.AZ



