Trampın Ukraynada "sülh planı": "Bloomberg" daha iki əsas tələbi öyrəndi

Trampın Ukraynada "sülh planı": "Bloomberg" daha iki əsas tələbi öyrəndi backend

ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün hazırladığı "sülh planı" Ukraynaya əhəmiyyətli güzəştlər, o cümlədən Donbasın bir hissəsinin Rusiyaya verilməsindən tutmuş sanksiyaların qaldırılmasına və müharibə cinayətləri ilə bağlı istintaqların dayandırılmasına qədər bir sıra məsələləri əhatə edir.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

28 maddədən ibarət sənəddə Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlər və şərqdə ərazi güzəştləri də daxil olmaqla digər güzəştlər də təklif olunur.

Nəşrin siyasi dairələrdəki mənbələrinə görə, Vaşinqton Ukrayna prezidenti Vladimir Zelenskiyə Moskva ilə məsləhətləşmələrdən sonra razılaşdırılmış müharibənin bitməsi şərtlərini nəzərdən keçirməyin vacibliyi barədə siqnal verib.

İddialara görə, plan təkcə beynəlxalq sanksiyaların qaldırılmasını deyil, həm də Rusiyanın Ukraynanın mülki əhalisinə və infrastrukturuna qarşı cinayətlərini sənədləşdirən proseslərin dayandırılmasını tələb edir.

Kreml üçün bu, strateji yaşam və iqtisadi təsirin bərpası məsələsidir.

QAZİLER.AZ