Polşa Belarusdan təxribatda şübhəli bilinən ukraynalıların ekstradisiyasını tələb edib

Polşa Belarusdan təxribatda şübhəli bilinən ukraynalıların ekstradisiyasını tələb edib backend

Polşa Belarusun müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdı və ona dəmir yolunda təxribat törətməkdə şübhəli bilinən iki ukraynalının ekstradisiyasını tələb edən nota təqdim etdi.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın verdiyi məlumata görə, bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Veyver bildirib.

Veyver bildirib ki, notada "Mika və Qolab hadisələri ilə əlaqədar Rusiya kəşfiyyat xidmətlərinin tələbi ilə terror cinayətləri törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının ekstradisiyası" tələb olunur.

Xarici İşlər Nazirliyinin sözçüsü onu da əlavə edib ki, Rusiyanın Qdanskdakı Baş Konsulluğu 23 dekabr gecə yarısına qədər bağlanmalıdır. Rusiya konsulluğunun əməkdaşları həmin vaxta qədər Polşanı tərk etməlidirlər.

Qeyd etmək lazımdır ki, Polşada, Qdanskda sonuncu Rusiya konsulluğu  bağlanır. Xarici işlər naziri Radoslav Sikorski onun fəaliyyətinə razılığını geri götürüb.

QAZİLER.AZ