Avropa Rusiyaya həddindən artıq dəstək verir - İsveç XİN

Avropa Rusiyaya həddindən artıq dəstək verir - İsveç XİN backend

Avropa Rusiyadan enerji almağa davam etməklə ona "həddindən artıq" dəstək verir.

Qaziler.az xəbər verir ki, Ukraynanın "Yevropeyskaya Pravda" nəşrinin verdiyi məlumata görə bunu İsveç XİN naziri Mariya Malmör Stenerqard bildirib.

"Həqiqət budur ki, Ukraynaya dəstək kifayət qədər böyük deyil, Rusiyaya dəstək isə çox böyükdür", - o deyib.

Stenerqardın sözlərinə görə, Birgə İqtisadi Əməkdaşlığın əvvəlindən Avropa ölkələri Ukraynaya 187 milyard avro dəyərində dəstək veriblər. Eyni dövrdə Aİ 201 milyard avro dəyərində Rusiya enerjisi idxal edib.

"Və digər idxal mallarını da əlavə etsək, ümumi məbləğ 311 milyard avroya çatır", - deyə o, fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ