Litva Ukraynaya daha 10 il dəstək verəcəyinə söz verib

Litva Ukraynaya daha 10 il dəstək verəcəyinə  söz verib backend

Litva ölkədə sülh əldə edildikdən sonra Ukraynaya 10 il dəstək verəcəyinə söz verib və Vilnüs Kiyevə yardımını artırmaq niyyətindədir.

Qaziler.az xəbər verir ki, LRT-nin məlumatına görə, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris açıqlama verib.

"Bəzi insanlar səhvən atəşkəs əldə edildikdən sonra dəstəyin azalacağına inanırlar. Xeyr, o, artacaq. Litva Ukraynaya 10 il dəstək verəcəyinə söz verib", - litvalı nazir deyib.

Budris qeyd edib ki, ABŞ-nin Ukrayna üçün yeni planının müzakirələri fonunda Avropa Kiyevə yardımını yalnız artırmalıdır. Lakin nazir hesab edir ki, sülh danışıqları AB və Ukrayna olmadan mümkün deyil.

QAZİLER.AZ